hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

"Azərbaycanlı qardaşlarımızın zəfər sevincini yaşadıq" – Ərdoğan

"Azərbaycanlı qardaşlarımızın zəfər sevincini yaşadıq" – Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Kütahya, Afyonkarahisar, Batman və Siirt il konqresində çıxış edib.

Cebhe.info xəbər verir ki, Ərdoğan bildirib ki, koronavirusa yoluxma və ölüm halları çoxalarsa, böyük problemlər çıxacaq.

"Koronavirusun yeni dalğasına qalib gəldikdə gözəl günlər görəcəyik. Yoluxma sayını qısa zamanda aşağı səviyyəyə salacağıq. Pandemiya ilə mübarizəyə dəstək üçün növbəti həftədən görüşlərimizi təxirə salırıq", - deyə Ərdoğan bildirib.

Ərdoğan çıxışı zamanı Azərbaycan-Türkiyə münasibətlərindən də danışıb.

O bildirib ki, Azərbaycanlı qardaşlarımızın zəfərini bölüşdük: "Suriya sərhəd boyunca bizi terror ilə əhatə etməyə çalışsa da, onların zəncirini qırdıq. Daha sonra Ermənistanı Qafqazda problem yaratmaq üçün qaza gətirdilər. Biz də Azərbaycanlı qardaşlarımızın zəfər sevincini bölüşdük".

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 705

Bizim Telegram səhifəmizi izləyin