hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 65.79
  • clouds-weather

Azərbaycanlı turistlərə yeni imkan

Azərbaycanlı turistlərə yeni imkan

Azərbaycan və Mərkəzi Asiya turizm assosiasiyaları memorandum imzalayıb.

Dövlət Turizm Agentliyindən Cebhe.info-ya verilən məlumata görə, iyunun 25-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə Mərkəzi Asiyanın Sənaye Turizmi Assosiasiyası arasında turizm sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Tədbirdə Mərkəzi Asiyanın Sənaye Turizmi Assosiasiyasının rəhbər şəxləri ilə yanaşı, yerli turizm şirkətlərinin nümayəndələri də iştirak ediblər.

Hər iki qurum bundan sonra da turizm sahəsində faydalı əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi üçün lazımi işlərin görüləcəyini bildirib. Tədbirdə vurğulanıb ki, Asiya bazarı Azərbaycan turizmi üçün prioritet istiqamətdir və imzalanan memorandum bu regiondan Azərbaycana daha çox turistin cəlb edilməsi üçün böyük əhəmiyyət kəsb edir. Qeyd edək ki, memorandumun əsas məqsədi turizm sahəsində iki dövlət arasında əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək, iki ölkənin maraqlarını əsas götürərək turizmin inkişafının güclü və effektiv təşviqini aparmaq, eyni zamanda bu cür əməkdaşlığın ümumi maraqlara xidmət etməsinə və xalqların iqtisadi, mədəni, sosial inkişafının möhkəmlənməsinə töhfə verməkdir. Cebhe.info


Oxunma sayı: 551