hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Azərbaycanlılar İrəvan və Zəngəzura necə qayıdacaq? - “Danışıqlar yolu ilə həll edilə bilər” - SABİQ NAZİR

Azərbaycanlılar İrəvan və Zəngəzura necə qayıdacaq? - “Danışıqlar yolu ilə həll edilə bilər” - SABİQ NAZİR

"Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir ki, bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar.

Bizim doğma torpağımız Zəngəzurdur, Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə, qayıdacağıq. Azərbaycan əhalisi öz dədə-baba torpaqlarına qayıdacaq". Bu sözləri Prezident İlham Əliyev iyulun 14-də Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxış zamanı deyib. İrəvan, Göyçə mahalı, Qərbi Zəngəzur Azərbaycanın tarixi torpaqları olsa da, hazırda beynəlxalq sənədlərdə Ermənistanın ərazisi kimi göstərilir.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov məsələ ilə bağlı Cebhe.info-ya bildirib ki, İlham Əliyevin çıxışı özündə insan hüquqlarını ehtiva edir:

“İnsan hüquqlarını nəzərə alaraq Azərbaycan bu ərazilərə iddialar irəli sürə bilər. Bu məsələnin isə həm tarixi əsasları var, həm də sözügedən ərazilər etnik təmizləməyə məruz qalıb”.

Tofiq Zülfüqarov qeyd edib ki, Azərbaycanın məqsədi orada yaşamış insanların hüquqlarının bərpasını təmin etməkdir. Bunun necə həyata keçəcəyini isə siyasi proseslər göstərəcək. Onun sözlərinə görə, bu məsələni Ermənistanın azərbaycanlılara tarix boyu orada yaşamağa imkan verməməsi ilə də qaldırmaq mümkündür. Sabiq nazir bildirib ki, Azərbaycan İrəvən, Zəngəzurdan olan insanların öz yurdlarına qayıdışı məsələsini danışıqlar yolu ilə həll edə bilər:

“Ermənilər Azərbaycanın tərkibində yaşamağı qəbul etmədilər. Biz isə beynəlxalq hüququ pozmadan bu məsələni həll etməyə çalışacağıq. Bəlkə insanlarımız ora qayıtsa, biz onların verdiyi hansısa status-kvonu qəbul edəcəyik. Axırıncı dəfə ermənilər azərbaycanlıları Nüvədi kəndindən qovmuşdular. İndi isə sual verəcəyik ki, onlar öz yurdlarına hansı şərtlər altında qayıdacaqlar? Bəlkə ilkin mərhələdə ora sülhməramlılar gələcək?”

Şəbnəm Adil
Cebhe.info


Oxunma sayı: 8823