hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Azərbaycanlılar yaşayan kənddə sərt karantin rejimi ləğv olunacaq

Azərbaycanlılar yaşayan kənddə sərt karantin rejimi ləğv olunacaq

İyulun 6-da Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Muşevani (Dəllər) kəndində sərt karantin rejimi ləğv olunacaq.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

Kənddə koronavirusa son yoluxma halı iyunun 20-də qeydə alınıb.

Qeyd edək ki, Muşevanidə sərt karantin rejimi aprelin 25-dən tətbiq olunub. Kənddə 80 nəfər COVID-19-a yoluxub.

Cebhe.info


Oxunma sayı: 881