hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 65.79
  • clouds-weather

Azərbaycanlıların Türkiyədə ev almasının İKİ SƏBƏBİ

Azərbaycanlıların Türkiyədə ev almasının İKİ SƏBƏBİ

Bu ilin fevral ayında Azərbaycanın 105 vətəndaşı Türkiyədə əmlaka sahib olub. 

Türkiyənin Statistika İdarəsinin məlumatına görə, bu, ötən ilin fevral ayına nisbətən 42 vahid və yaxud 66,67 faiz çoxdur. Yanvar-fevral aylarında isə Azərbaycanın 200 vətəndaşı Türkiyədə mənzil alıb. Bu da illik müqayisədə 72 vahid və yaxud 56,25 faiz çoxdur.  

Azərbaycanlılar niyə Turkiyədə ev almaga bu qədər maraq gostərir? 

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında deyib ki, azərbaycanlıların Türkiyədə ev almağa maraq göstərməsinin iki səbəbi var.

“Bunlardan biri lirənin ucuzlaşmasıdır. Valyuta ilə ev almaq istəyənlər üçün Türkiyədə mənzil daha ucuz başa gəlir. Digər bir səbəb isə Türkiyədə məzil sahəsi daha gəlirlidir. Əlində vəsaiti olan vətəndaş Azərbaycanda hər hansı bir sahəyə yatırım etməkdən çəkinir, gözləmə mövqeyi tutur. Vəsaiti dəyərləndirmək istəyənlər isə Türkiyədə mənzilə yatımaqda maraqlıdır. Çünki sonradan həmin mənzili kirayə verməklə pul qazanmaq da mümkündür. Nəzərə alsaq ki, Türkiyədə daşınmaz əmlakın dəyəri hər il 6 faiz artır, bu da əlavə gəlir mənbəyinə çevrilir. Bu da əlavə kommersiya marağı yaradır ki, Azərbaycan vətəndaşları da vəsaitlərini Türkiyədə mənzilə yatırır”. 

Vilayət Muxtar 
Cebhe.info


Oxunma sayı: 2694