hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

"Azərsu" payız-qış mövsümünə hazırlaşır

"Azərsu" payız-qış mövsümünə hazırlaşır

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti payız-qış mövsümünə hazırlıqlar çərçivəsində tədbirləri davam etdirir.

Cebhe.info xəbər verir ki, payız və qış aylarında yağıntıların intensivləşəcəyi nəzərə alınaraq tullantı su infrastrukturunun istismar vəziyyəti yoxlanılır, şəbəkə və kollektorların, yağış barmaqlıqları və baxıcı quyuların istismar vəziyyəti öyrənilir.

Tədbirlər planına uyğun olaraq Bakı şəhərinin Səbail, Yasamal, Nəsimi, Nərimanov, Sabunçu və Binəqədi rayonlarında subasma təhlükəsi olan nöqtələr müəyyən edilib.

Qeyd edək ki, yay mövsümündə havaların quraq və küləkli keçməsi ilə əlaqədar ətrafdakı qum, çınqıl, torpaq, eləcə də bərk məişət tullantıları kanalizasiya xətlərinə və yağış barmaqlıqlarına dolur. Xətlərdə bərk tullantıların yığılması şəbəkə və kollektorların ötürmə qabiliyyətyini azaltmaqla onların istismarını çətinləşdirir.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 705

Bizim Telegram səhifəmizi izləyin