hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.9097
  • NEFT - $ 62.51
  • clouds-weather

Azsaylı xalqların nümayəndələri arasında milli ailə dəyərləri təbliğ edilir

Azsaylı xalqların nümayəndələri arasında milli ailə dəyərləri təbliğ edilir

“İnnovativ İdeya və Təşəbbüslər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Regionda azsaylı xalqların nümayəndələri arasında milli ailə dəyərlərinin təbliği” layihəsini icra edir.

Cebhe.info xəbər verir ki, layihə çərçivəsində Zaqatala rayonunun Car kəndində ilk tədbir keçirilib. Tədbirdə Car kənd bələdiyyəsinin icra nümayəndələri Eldar Arasov, Abdulla Borayev və kənd sakinləri iştirak ediblər.

Birliyin sədri və layihə rəhbəri Elşən Musayev layihə haqqında məlumat verərək ailə dəyərlərinin və adətlərinin qorunub saxlanılmasının, gənc nəslə ötürülməsinin əhəmiyyətindən danışıb.

Elşən Musayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət ailələrin rifahının yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə, uşaq və yeniyetmələrin həm fiziki, həm də mənəvi cəhətdən güclü nəsil kimi formalaşdırılmasına xidmət edir.

Dövlətimiz üçün əsas dəyərlərin Azərbaycanın milli dəyərləri olduğunu qeyd edən layihə rəhbəri ailənin hərtərəfli inkişafı üçün dövlətimiz tərəfindən şəraitin yaradılmasına, onların müxtəlif problemlərinin həllinə xüsusi diqqət yetirildiyini vurğulayıb.

Cebhe.info


Oxunma sayı: 463