hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

AzTV-nin əməkdaşları ermənilərin hücumuna məruz qaldılar – VİDEO

AzTV-nin əməkdaşları ermənilərin hücumuna məruz qaldılar – VİDEO

Rusiya Federasiyasının Krasnodar vilayətinin Armavir şəhərinə ezam olunmuş Azərbaycan televiziyasının jurnalisti Zakir Musayev və operatoru Səfər Səfərov ermənilərin hücumuna məruz qalıblar.

Məlumata görə, jurnalistlər Armavir şəhərində Erməni Apostol Kilsəsinin həyətində Qareqin Njdenin xatirə lövhəsinin söküldüyü yerdən reportaj hazırlamaq istəyirlərmiş. Amma kilsənin qulluqçuları jurnalistlərə qarşı güc tətbiq ediblər.

Hazırda jurnalistlər yerli xəstəxanada müayinə olduqdan sonra polisə müraciət etməyə yollanıblar.

Cebhe.info konkret.az-a istinadən hadisə yerindən videonu sizə təqdim edirik:

Cebhe.info


Oxunma sayı: 771