hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

AzTV-nin yeni sədri radioda şura yaratdı, onlara vəzifə verdi - SİYAHI

AzTV-nin yeni sədri radioda şura yaratdı, onlara vəzifə verdi - SİYAHI

"Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin nəzdində Azərbaycan radiosunda Bədii Şura yaradılıb. 

Cebhe.info AzTV-yə istinadla bildirir ki, eyni zamanda aşağıdakı şəxslər yeni şuranın tərkibinə daxil ediliblər:

1. Rəşad Nəsirov - AzTV -nin sədr müavini

2. İlham Rəhimli – "Mədəniyyət” kanalı Proqram direktorunun müavini

3. Eldost Bayramov – Diktor

4. Ələmdar Quluzadə - "Uşaq verilişləri” redaksiyasının baş redaktoru

5. Şəfəq Əlizanlı – "Ədəbiyyat və İncəsənət” redaksiyasının baş redaktoru

6. Qorxmaz Şıxalıyev - "Səhər” redaksiyasının baş redaktor müavini

7. Rövşən Ramazanlı – "Xəbərlər” redaksiyasının baş redaktor müavini.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, AzTV QSC-də artıq 8 aydır ki, TV sahəsində Bədii Şura fəaliyyət göstərir. Şura hər ay 2 dəfə toplanır və müzakirələr aparır. Radioda yaradılan bədii şura da 2 aydan bir toplanacaq və Azərbaycan Radiosunda yayımlanacaq musiqi və verilişlərin keyfiyyətinə nəzarət edəcək.

Cebhe.info


Oxunma sayı: 1189