hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Bölgədən olan şagirdlər imtahanların yeni modelinə hazır olmayıb - NƏTİCƏLƏRİN TƏHLİLİ 

Bölgədən olan şagirdlər imtahanların yeni modelinə hazır olmayıb - NƏTİCƏLƏRİN TƏHLİLİ 

11-ci sinif şagirdləri üçün 2019-cu il apelin 14-də keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb.

Cebhe.info xəbər verir ki, təhsil eksperti Kamran Əsədov nəticələri təhlil edib. Bildirib ki, imtahanda iştirak etmiş 28634 şagirddən heç kim maksimum bal toplaya bilməyib:

“Amma aprelin 7-də keçirilmiş buraxılış imtahanında iştirak etmiş 27660 şagirddən 2 şagird onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə 300 bal olub. 7 aprel imtahanı Bakı şəhərini, 14 aprel isə bölgələri əhatə edirdi. Nəticə göstərir ki, regionlarda şagirdlər yeni imtahan modelinə tam şəkildə hazır deyillər və yeni test tapşırığı modellərini mənimsəməyiblər. Ümumilikdə 7 və 14 apreldə keçirilən imtahanda iştirak edən 56294 şagirddən 2 nəfər maksimum nəticə göstərib ki, bu da çox aşağı nəticədir. Buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsində) abituriyentlərə tədris dili fənnindən 30, riyaziyyat fənnindən 25, xarici dil fənnindən 30 tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100, ümumi yekun bal isə 300-dür”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1123