hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Böyrək problemi olan karateçimizdən XƏBƏR VAR 

Böyrək problemi olan karateçimizdən XƏBƏR VAR 

Böyrək çatışmazlığından əziyyət çəkdiyi üçün Türkiyəyə aparılan dünya çempionu Ayxan Mamayevin səhhətindən xəbər var.

Unikal.org xəbər verir ki, 17 gün xəstəxanada yatan karateçi sağlamlığı barədə sosial şəbəkədə yazıb:"17 gün Allahın sınağında oldum, çox əziyyətlər çəkdim. Böyrəklərimdə yaranan problmlə bağlı xəstəxanada qaldım. 1 həftə Azərbaycanda, 10 gün Türkiyədə müalicə aldım. Şükürlər olsun ki, nəticə gözəl oldu. Ailəmə, dostlarıma, Karate Federasiyasının rəhərliyinə, tanıyanlara, maraqlananlara çox sağ ol demək istəyirəm.

Bütün xərcləri Karate Federasiyası qarşıladı. Hər gün dostlarım yazıb, maraqlandılar. O qədər çətin gün yaşadım ki, indi düzəlməyimə sevinirəm. Allah heç kimə belə günlər nəsib etməsin. Hər günümüzə, anımıza şükürlər olsun".

Cebhe.info

Böyrək problemi olan karateçimizdənXƏBƏR VAR (Foto)

  • Böyrək problemi olan karateçimizdənXƏBƏR VAR (Foto)

Oxunma sayı: 529