t Büdcədən ayrılan pul cibə qoyulur, əvəzində isə... - Yeyinti ittihamı
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

Büdcədən ayrılan pul cibə qoyulur, əvəzində isə... - Yeyinti ittihamı

Büdcədən ayrılan pul cibə qoyulur, əvəzində isə... - Yeyinti ittihamı

Bakı Şəhər İcra Hakimiyyətindəki kadr dəyişikliyindən sonra xüsusən şəhərin estetik görünüşünü qorumaq adı altında bir çox binaların dam örtükləri dəyişdiriləcəyi bildirildi, binalarda olan su çənləri söküldü.

Qeyd edək ki, hazırda bu işlərin bəzi ərazilərdə dayandırıldığı bildirilir. Belə ərazilərdən biri də Xətai rayonu, N.Tusi küçəsidir. Sakinlərin sözlərinə görə, N.Tusi 19, 20, 21-in həyətlərindəki yardımçı tikililər söküldükdən sonra heç bir iş görülməyib.

Cebhe.info-nun əməkdaşı məsələyə münasibət öyrənmək üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

BŞİH-də sektor müdiri Mətin Hüseynov başlanılan təmir işlərinin dayandırılmadığını deyib:

“Həmin ərazilərdə heç bir iş dayandırılmayıb. Binaların dam örtüklərinin dəyişdirilməsi proses indi də davam edir. Hansı ünvanlarda işin dayandırıldığı haqda əlavə informasiyanız varsa bizə bildirin araşdıraq”.
Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1618