hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Badamdar yolu açıqdır? – “Terraslar salınır ki...”

Badamdar yolu açıqdır? – “Terraslar salınır ki...”

Bakının Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında Fövqəladə Hallar Nazirliyi tərəfindən bərkitmə işləri aparılır.

Bu barədə məlumatı Cebhe.info-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Onun sözlərinə görə, ərazidəki yamaclarda terraslar salınır ki, sürüşmənin qarşısı alınsın: 

“Ərazidə ağır texnika işləyir və torpaq qatının yüngülləşdirilməsi prosesi gedir. Sürüşmənin dinamikasında hər hansı dəyişikliyi müşahidə etmək və ya araşdırmaq mümkün deyil”. 

Əziz Qaralov əlavə edib ki, Badamdar yolu ağır tonnajlı nəqliyyat vasitələri istisna olmaqla digər nəqliyyat vasitələrinin hərəkəti üçün açıqdır.

Qeyd edək ki, ötən ilin oktyabrında baş vermiş sürüşmə zamanı təxminən eni 300 metrdən çox olan torpaq kütləsi 200 metr məsafədə irəliləyərək yolun bir hissəsini bağlamış, elə o dövrdən də həmin yol bağlanaraq, istifadəsi qadağan edilmişdi. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 925