hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Bağça uşaqlarının yeməyindən kim nə qazanır? - “OYNAYAN” RƏQƏMLƏR

Bağça uşaqlarının yeməyindən kim nə qazanır? - “OYNAYAN” RƏQƏMLƏR

“2020-ci ilin büdcəsində məktəbəqədər təhsillə bağlı maraqlı bir detal diqqəti çəkir”. 

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib. 

O bildirib ki, 2017-ci ildə məktəbəqədər təhsil müəssisələrdə ərzaq alınmasına 41.6 mln. manat xərclənmişdi: 

“2018-ci ildə proqnoz birdən-birə az qala 3 dəfə azaltdılar və 17.2 mln. manat xərc nəzərdə tutuldu. Amma il bitəndən sonra bəlli oldu ki, 17.2 mln. manat yox, 53.7 mln. manat xərclənib. 2019-cu il gəldi,  məktəbəqədər təhsil ərzaq xərcləri az qala 2 dəfə artırıldı - 53 mln. manatdan 97.3 mln. manata çatdırıldı. İndi isə 2020-ci il gəlib həmin xərclər 35%-ə yaxın azaldılaraq 65 mln. manata endirilib. Aydındır ki, qısa müddətdə nə ərzağın qiymətlərində, nə də uşaqların sayında belə kəskin qalxıb-enmə ola bilməz. Ehtimal etdiyim versiya odur ki, hansısa qara maraqlar cocuqların ərzağından qazanmaq üçün qara oyunlar qurur. Hər halda rəsmi izah çox maraqlı olar”. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 694