hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Bağdadinin köləsi olan gənc qız: İŞİD liderinin sirlərini açdı

Bağdadinin köləsi olan gənc qız: İŞİD liderinin sirlərini açdı

İŞİD-in öldürüldüyü bildirilən lideri Əbubəkr Əl-Bağdadinin köləsi onun həyatının son vaxtlarından danışıb. 

Cebhe.info xəbər verir ki, kölə olmuş qız bildirib ki, Bağdadi satqınlardan qorxub və onu ələ verəcəklərini düşünüb: "O, yer altındakı sığınacaqda yaşayır və bəzən hətta çoban kimi geyinirdi".
    
 "Associated Press" yazır ki, Bağdadi yezidi kürd olan yeniyetmə qızı kölə kimi saxlayıb. Ancaq qız may ayında ABŞ-ın rəhbərliyindəki koalisiya qüvvələrinin keçirdiyi əməliyyatı zamanı azad edilib. O, agentliyə müsahibəsində bildirib ki, Bağdadi 7 nəfərin müşayəti ilə gəzib. Bir neçə ay əvvəl öz səlahiyyətlərinin böyük hissəsini birinci müavininə ötürüb, ancaq şəxsin adı açıqlanmır.

Qızın sözlərinə görə, Bağdadi ilk dəfə İdlibə 2017-ci ilin sonunda qaçmaq istəyib. Qız, Bağdadi, arvadı və yaxın ətrafı 3 avtomobildə İdlib istiqamətində yola düşüb, ancaq hücum təhülükəsi nəzərə alınaraq yoldan geri qayıdıb. Bundan sonra 4 ay qız Bağdadinin qayınatasının evində qalmalı olub. Bağdadinin qayınatası həm də yaxın adamı olan Əbu Abdulla əl- Zubaye Daşiş şəhərində yaşayıb. Bağdadi tez-tez həmin evə gedərək gənc kölə ilə cinsi əlaqədə olub. 2018-ci ilin yazında qızı başqa şəxsə hədiyyə edib. Həmin şəxs də gənc qızı şəhərdən çıxarıb. Bu, onun Bağdadi ilə son görüşü olub. Ancaq daha sonra Bağdadi qıza hədiyyə olaraq zinət əşyası göndərib.
   
Xəzər
Cebhe.info


Oxunma sayı: 4577