hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

"Bağışla bizi “İçərişəhər"" – Tural Yusifov

"Bağışla bizi “İçərişəhər"" – Tural Yusifov

Hamının Dj Tural kimi tanıdığı aparıcı, ixtisasca tarixçi olan Tural Yusifov “İnstagram” hesabından “İçərişəhər”də son günlər baş verən hadisələrə münasibət bildirib.

Cebhe.info aparıcının yazdıqlarını təqdim edir:

“Salam, İçərişəhər. Necəsən? Bilirəm inciksən. Kabab tüstüsü sənin nəfəsini kəsib, oradan qazanılan pul isə bizim gözümüzü örtüb.

Biz qaynar göy qutabının səndən daha çox sevirik. Əvvəllər sənin divarlarının yanında otura bilirdik. İndi isə orada oturmaq üçün mütləq yüngül konstruksiyalı tikiliyə girməliyik.

Boğuruq səni. Çünki biz səni sevmirik. Aqlay daha doğmadır. Qutab daha əzizdir. Kabab sənin tarixindən daha sevimlidir. Çünki qarın qardaşdan əzizdir. Ona görə daha çox qarın qutabı yeyirik.

Deyəcəksən ki, VII əsr Sevilya qalasında bir dənə də olsun belə restoran yoxdur. Məgər Əndəlüslülərin qarnı yoxdu?

Dost, Əndəlüslülərin qarnı var, sadəcə hər şeyə pul gözü ilə baxmırlar. Bağışla bizi. Əgər bağışlaya biləcəksənsə”.

Hicranə
Cebhe.info


Oxunma sayı: 3483