hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

Bahalaşan dollar, ABŞ-ın S-400 qərarı

Bahalaşan dollar, ABŞ-ın S-400 qərarı

Türkiyənin siyasi gündəmi dolların məzənnəsinin artması ilə müşahidə olunur.

Cebhe.info xəbər verir ki, bu gün 1 dollar 6.029 lirə civarında mübadilə olunur.

Mütəxəssislər dolların məzənnəsində baş verən oynamaları Türkiyə-Amerika arasındakı gərginliklə əlaqələndirirlər. Digər tərəfdən dolların yüksəliş tendesiyasının növbəti mərhələsi İstanbul seçkilərinin nəticələrinin ləğv olunmasından sonra başlayıb. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) bunu Qərbin müdaxiləsi ilə əlaqələndirir.

Müxtəxəssislər hesab edir ki, dolların məzənnəsi daxildən daha çox xarici siyasətdən asılıdır. Belə ki, Türkiyənin Rusiyadan aldığı S-400 raket kompleksi və ABŞ-ın buna etirazı, bununla yanaşı ABŞ-ın F-35-ləri hələ də Türkiyəyə verməməsi xarici siyasətdə gərginliyi artırır. Bu da valyuta bazarında lirənin sürətli dəyər itirməsi ilə nəticələnir.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 276