hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 65.79
  • clouds-weather

Bahalaşma gəlir - Bu dəfə Rusiyada

Bahalaşma gəlir - Bu dəfə Rusiyada

“Ərzaq məhsullarının qiyməti artmalıdır ki, istehsalçılar da qazanc əldə edə bilsinlər”. 

Cebhe.info xəbər verir ki, bunu Rusiya Antimonopoliya Federal Xidmətinin sədr müavini Andrey Çıqanov bildirib.

Onun sözlərinə görə, quş əti və yumurtanın bahalaşması bu sektorun aktiv inkişafı ilə bağlıdır: “Məhz buna görə ölkə bu məhsullara olan tələbatını tam ödəyir”. Sədr müavini izah edib ki, istehsalçılar inkişaf üçün götürdükləri borcu geri qaytarmalıdır: "Heç kəs özünün ziyanına işləməz". 

Xatırladaq ki, Rusiya İqtisadi İnkişaf Nazirliyi 2019-cu il üçün infliyasiya gözləntisini artırıb. Belə hesab edilir ki, bu il inflyasiya gözləntisi əvvəlki proqnozdan, yəni 4,3 faizdən çox olacaq. Ancaq bu rəqəm 5 faizdən yuxarı qalxmayacaq. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 333