hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

Bahalaşma: “Xroniki xəstəlik”, yoxsa psixoloji təsir?

Bahalaşma: “Xroniki xəstəlik”, yoxsa psixoloji təsir?

Son həftələr ən çox müzakirə olunan mövzulardan biri bahalaşmadır.

Həm mətbuatda, həm də sosial şəbəkələrdə bahalaşmanın səbəbləri ilə bağlı fikirlər səslənir. Bahalaşmanın daha çox mövsümü məhsullarla bağlı olması təəccüb doğurur. Adətən, yay fəslinin ortalarında ucuz olan kənd təsərrüfatı məhsullarının hazırkı qiymətləri mövsümə uyğun deyil. 

Əməkhaqqı və təqaüdlərin artırılması da bahalaşma yaradan səbəblərdən biri hesab olunur. Əslində, alıcılıq qabiliyyətinin artması, yəni tələbin çoxalması qiymət artımına səbəb olan amildir. Amma məsələ orasındadır ki, maaş və pensiyalarla bağlı qərar verilsə də, hələ ki, həmin vəsait əhalinin əlində cəmləşməyib. Bu isə alıcılıq qabiliyyətində dəyişikliyin olmaması deməkdir. Bazar iqtisadiyyatı şəraitində qiymətləri tənzimləyən əsas amil həm də rəqabətli mühitin olmasıdır. Azad rəqabətli mühit bazarda qiymətlərlə yanaşı keyfiyyət məsələsinin də ən böyük tənzimləyicisi hesab olunur. Ölkəmizdə azad rəqabətli mühit olmadığından, əksər hallarda qiymət artımı hər hansı iqtisadi əsaslara söykənmir.  

Belə olan təqirdə, bahalaşmaya səbəb olan amillər hansılardır?

İqtisadçı ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanda bahalaşma ilə bağlı prosesləri iki hissəyə bölmək olar: “Birincisini illərlə davam edən “xroniki xəstəlik” adlandırmaq mümkündir. İkincisi isə hazırkı dövrdə baş verən proseslərlə bağlıdır. “Xroniki xəstəlik” dedikdə, gömrükdə, vergidə olan problemləri, korrupsiya və inhisarçılıq məsələlərini önə çəkmək istərdim. Azərbaycanda illərdir ki, bu məsələlər müzakirə olunsa da, ciddi olaraq həllini tapmayıb. Qeyd etmək lazımdır ki, gömrük və vergi sahəsində müəyyən irəliləyiş var, amma inhisarçılıqla bağlı məsələ öz həllini tapmayıb. Bir çox hallarda məmur biznesinin şahidi oluruq. Digər problemlər ondan ibarətdir ki, Azərbaycanın istehsal həcmlərinin kiçik olması və hökumətin ixracın təşviqi istiqamətində müəyyən addımlar atması bahalaşma yaradır. İstehsal olunan məhsulun həcmi həm yerli, həm də ixracaatla bağlı tələbatı ödəməyə qadir deyil. Əsasən də kənd təsərrüfatı məhsullarının ixracaatı artdıqca, daxili bazara çıxarılan məhsulun həcmi azalır. Bu da qiymət artımına səbəb olan amillərdən birinə çevrilir”.

İqtisadçı deyib ki, bahalaşma yaradan başqa bir amil isə qərar qəbulundakı yanlışlıq olur: “Keçən ildən başlayaraq qarpız, yemişin qiymətinin baha olmasının səbəbi ənənəvi bostançılıqla məşğul olan regionlarda torpaq sahələrinin pambıq əkini üçün ayrılmasıdır. Ət məhsullarının da bahalaşma səbəblərindən biri pambıqçılığın  ənənəvi heyvandarlıq rayonlarında yayılmasıdır. Örüş yerlərinin daralması yem bazasının azalmasına səbəb olub”.

Əməkhaqqı və təqaüdlərin artımının psixoloji məsələ olduğunu deyən Natiq Cəfərli bildirib ki, bu da bahalaşma yaradan səbəblərdən biridir: “Azərbaycanda pis bir ənənə formalaşıb ki, maaş və təqaüdlərin artımı xəbəri çıxan kimi bazarlarda qiymət artımının şahidi oluruq. Hələ sentyabr ayından minimum əmək haqlarının, oktyabrdan isə təqaüdlərin yeni qaydalarla ödənilməsinə başlanacaq, amma artıq indidən bu bazarlara psixoloji təsir etməyə başlayıb və qiymət artımını şərtləndirən amillərdən birinə çevirilib”.\

Xatirə Nəsirova

Cebhe.info


Oxunma sayı: 1607