hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Bakı-Sumqayıt yolunda avtomobil arakəsməyə çırpılaraq yandı

Bakı-Sumqayıt yolunda avtomobil arakəsməyə çırpılaraq yandı

Bakı-Sumqayıt şosesində avtomobil qəzaya uğrayaraq yanıb.

Cebhe.info ONA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt şosesinin Xırdalan şəhərindən keçən hissəsində qeydə alınıb.

“Hyundai" markalı avtomobilin sürücüsü paytaxt istiqamətinə hərəkətdə olarkən idarəetməni itirib. Minik avtomobili tunelin girişindəki dəmir arakəsməyə çırpılıb. Zərbənin gücündən avtomobilin mühərrik hissəsində yanğın baş verib. Sürücü bədən xəsarətləri aldığı üçün xəstəxanaya yerləşdirilib.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə Xidmətinin əməkdaşları cəlb edilib, avtomobilin mühərrikində baş verən yanğın söndürülüb.

Qəza nəticəsində Sumqayıtdan Bakıya gələn yolda tıxac yaranıb.

Əraziyə cəlb edilən Yol Patrul Xidmətinin əməkdaşları nəqliyyatın hərəkətini tənzimləyib.

Cebhe.info


Oxunma sayı: 4104