hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Bakı belə dezinfeksiya edilir - FOTOLAR

Bakı belə dezinfeksiya edilir - FOTOLAR

Bu gün səhər saatlarından etibarən Bakı şəhərinin mərkəzi və qəsəbələrdəki 300-dən artıq əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır.

Unikal.org xəbər verir ki, mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küşələrdə də dezinfeksiya işləri aparılır.

Daxili İşlər Nazirliyinin şəxsi heyəti keçirilən növbəti genişmiqyaslı dezinfeksiya işlərinə ənənəvi olaraq dəstək verib, nazirliyin xüsusi təyinatlı avtonəqliyyat vasitələri dezinfeksiya tədbirlərində iştirak edir.

Paytaxtın kommunal xidmətlərinin 2 000 nəfərdən çox əməkdaşı tərəfindən səkilərdə, yol kənarlarında, park və meydanlarda və digər obyektlərdə xüsusi əl aparatı ilə dezinfeksiya işləri də aparılır.

Cebhe.info


Oxunma sayı: 2344