hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Bakı Beynəlxalq Avtovağzal Kompleksində YENİLİK

Bakı Beynəlxalq Avtovağzal Kompleksində YENİLİK

Bakı Beynəlxalq Avtovağzal Kompleksində saxlama kameraları yenilənərək istifadəyə verilib.

Bu barədə Cebhe.info-ya Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova məlumat verib.

O bildirib ki, saxlama kameraları həftənin yeddi günü, saat 07:00-dan 00:00-a qədər fəaliyyət göstərir:

“Saxlama kameralarından istifadə etmək üçün müəyyən olunan tariflər aşağıdakı kimidir:

• 0-3 saat - 1 AZN
• 3-6 saat - 2 AzN
• 6-9 saat - 3 AZN
• 9-12 saat - 4 AZN
• 24 saat - 5 AZN

Ödəniş predmetin ( yükün ) sayından asılı olmayaraq ayrılan dolab sayına görə müəyyən olunur. Yüklərin təhvili və eyni zamanda təslim alınması zamanı şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək mütləqdir.

Saxlama kameralarına təhvil verilən yüklərin tərkibinə görə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məsuliyyət daşımır. Saxlama kameralarına, tezalışan, partlayan, zəhərləyici, tez xarab olan, ətrafı çirkləndirən yüklərin qoyulması qəti qadağandır.

Saxlama kameralarından istifadə edən sərnişinlər yüklərin dolabda saxlanılma saatından asılı olmayaraq, gecə yarısından sonra (00:00-dan sonra) 1 (bir) gün kimi hesablanır. Sərnişin yükü təqdim etdikdən sonra ona nömrə (jeton) təqdim olunur.

Nömrənin (jetonun) itirilməsinə görə 5 AZN məbləğində cərimə tətbiq olunur”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 397