hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Bakı mağazalarında “Qara cümə” fırıldağı: Əhalini aldadırlar

Bakı mağazalarında “Qara cümə” fırıldağı: Əhalini aldadırlar

ABŞ-da istehlakçı tərəfindən “Qara cümə” endirimində 7,4 milyard dollarlıq onlayn alış-veriş edilərək yeni rekord qırılıb.

Bu haqda məlumat “Adobe Systems" şirkətinin analitik qolu olan “Adobe Analytics” tərəfindən toplanmış rəqəmlərə əsasən, Amerika mediasında yayılıb. Bu rəqəm bütün zamanların ən yüksək onlayn satış rəqəmidir. Belə ki, bu ilki onlayn alış-veriş həcmi ötən ilin eyni günü ilə müqayisədə 20% artıb. Təkcə cümə günkü onlayn sifarişlərin 39%-i mobil telefonlar üçün verilib.

Məlumdur ki, Azərbaycanda da “Qara cümə” ilə əlaqədar mağazalar müəyyən endirimlər edilir. Nəticədə alış-veriş çılğını olan insanlara görə xüsusilə “Mall”lara addım atmaq mümkün olmur. Çünki alıcıların çoxluğu sıxlıq yaradır.

Maraqlıdır, Azərbaycanda “Qara cümə” endirimləri həqiqətə nə dərəcədə uyğundur?

“Azad İstehlakçılar” İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verərək bildirib ki, Azərbaycanda olan “Qara cümə” endirimlərinin təxminən 70 faizi doğrudur:

“30 faizi isə aldadıcıdır, yəni əvvəlcə qiyməti qaldırırlar, sonra endirim adı ilə öz satış qiymətinə satırlar. Bunu bizə gələn şikayətlər əsasında deyirəm. Şikayətlərin konkret hansı mağazalarla bağlı olduğuna isə yəqin ki, sabah baxılacaq”.

Qeyd edək ki, “Qara cümə” ABŞ-da “Şükran günü”ndən sonra gələn ilk cümə gününə deyilir. Həmin gün 1932-ci ildən başlayaraq Yeni il alış-verişinin başlanğıcı hesab edilib. Bu səbəbdən mağazalar gecə saatlarına kimi bağlanılmır və gözlənilməz endirimlər olur.  

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 727