hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Bakı-Məşhəd istiqamətində birbaşa uçuşlar başlayır

Bakı-Məşhəd istiqamətində birbaşa uçuşlar başlayır

16 dekabrdan etibarən İranın Məşhəd şəhəri ilə Azərbaycanın Bakı şəhəri arasında birbaşa aviareyslər təşkil olunacaq.

Bu barədə virtualaz.org-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirlik bildirir ki, İran İslam Respublikası qardaş və dost Azərbaycan Respublikası ilə əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə Məşhəd-Bakı və əks istiqamətdə birbaşa uçuşlar təşkil olunacaq.

Bu planın icraçısı "Bakustar" şirkətidir. "Bakustar" şirkəti Azərbaycan Respublikasının bütün sərnişinlərinə öz aviaxidmətlərini təklif edir.

Məlumatda o da vurğulanır ki, qeyd olunan aviareys həftədə iki dəfə-1-ci və 4-cü günlər həyata keçiriləcək.

Cebhe.info


Oxunma sayı: 914