t Bakı metrosunda TÜSTÜLƏNMƏ
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

Bakı metrosunda TÜSTÜLƏNMƏ

Bakı metrosunda TÜSTÜLƏNMƏ

Bu dəqiqələrdə metronun “Elmlər Akademiyası” stansiyasında qatı tüstü müşahidə edilib.

Modern.az-ın stansiyada olan əməkdaşının verdiyi məlumata görə, tüstü o qədər çox olub ki, görməni məhdudlaşdırıb, hətta SOS da işə salınıb.

Məsələ bağlı “Bakı Meteropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Modern.az-a bildirib ki, tüstüyə səbəb hansısa yanğın hadisəsi deyil:

“Stansiyalardakı ventilyatorlar iki rejimdə çalışır: biri havanı içəri sovurur, digəri içəridəki havanı çölə vurur. Həmin vaxt ventilyator havanı içəri vurarkən, tüstü müşahidə edilib. Buna görə də ventilyatorların avtomtik rejimində dəyişiklik edilib və problem aradan qalxıb”.

B.Məmmədov bildirib ki, narahatlıq üçün əsas yoxdur:

“Bəzən stansiyalarda “kabab iyi gəlir” deyənlər olur. Bu da ventilyatorın çöldən sovurduğu hava ilə əlaqədar olur”.

Cebhe.info


Oxunma sayı: 3367