hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Bakı Parisi qabaqladı: Hotellər “ulduz”ları necə alıb?

Bakı Parisi qabaqladı: Hotellər “ulduz”ları necə alıb?

“Bakı 5 ulduzlu hotellərin sayına görə liderdir. Onlardan 52-də 1 gecənin qiyməti 374 manatdan başlayır. 5 ulduzlu hotellərin sayı Bakıda 109, Parisdə 102, Moskvada 38, Vaşinqtonda 20, Brüsseldə 14, Tbilisidə 13-dür”. 

Cebhe.info xəbər verir ki, bu barədə məlumatı iqtisadçı-alim Qubad İbadoğlu açıqlayıb. O, Bakıda 5 ulduzlu hotellərin sayının çoxluğunu aşağıdakı səbəblərlə izah edib: 

“Hesab edirəm ki, Azərbaycanın paytaxt şəhərində 5 ulduzlu hotellərin sayının 100-dən çox olması Neft Fondundan və büdcədən oğurlanan vəsaitlərin bir hissəsinin əmlak bazarına yatırılmasından xəbər verir. İkincisi, bu hotellər büdcədən beynəlxalq tədbirlərin təşkilinə ayrılan vəsaitin silinməsində əhəmiyyətli rol oynayır. 2020-ci ilin büdcəsindən bu məqsədlə 221,5 milyon manat ayrılıb. Bakıya gələn qonaqlar da əsasən hakim dairələrə məxsus olan 5 ulduzlu hotellərdə yerləşdirilir. Üçüncüsü, ölkə paytaxtında 5 ulduzlu hotellərin çoxluğu gəlirlərin və sərvətlərin ədalətsiz bölüşdürülməsinin göstəricidir. Ölkədə 100 minlərlə gənclər mənzilsiz yaşadığı halda bu hotellər yalnız beynəlxalq tədbirdən tədbirə doldurulur. Dördüncüsü, böyük ehtimalla Bakıdakı 5 ulduz hotellərin hamısı həmin standartlara uyğun xidmət göstərməsə də, rüşvətin müqabilində həmin statusu qazanıb. Nəhayət, Bakıda 5 ulduz hotellərin sayının 2 və 3 ulduz hotellərin sayına bərabər olması (onların birlikdə sayı 112-dir) Azərbaycanın turizm cəlbediciliyini aşağı salır və ölkəni rəqabətdə uduzdurur. Çünki turistlər adətən aşağı ulduzlu, ucuz hotelləri olan ölkələrə səyahət edirlər. Araşdırma göstərdi ki, dekabrın ortalarında Bakıdakı hotellərin 52-də 1 gecənin qiyməti 220 dollar və ya 374 manatdan başlayır”. 

Yeganə Oqtayqızı 
Cebhe.info


Oxunma sayı: 551