hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

Bakı-Quba-Rusiya Federasiyası ilə sərhəd yolu təmir edilir

Bakı-Quba-Rusiya Federasiyası ilə sərhəd yolu təmir edilir

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayan tikinti işləri 2021-ci ildə bitəcək.

Bu barədə Cebhe.info-ya Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O bildirib ki, tikinti işləri ilə paralel avtomobil yolunun dağılmış hissələrinin təmiri də aparılır:

“Ümumiyyətlə, agentliyin əməkdaşları yolboyu təmir zərurəti olan hissələrinin bərpası istiqamətində mütəmadi işlər görür. Yeni Bakı-Quba-Rusiya Federasiyası yolunun inşası 2021-ci ilə qədər yekunlaşdırılacaq. İnşa olunan yolun ümumi uzunluğu 152 kilometrdir. Tamlama işlərinin 2 il ərzində başa çatması gözlənilir”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 298