hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Bakı-Sabunçu dəmiryolu xəttində gediş haqqı 50 qəpik olacaq - CAVİD QURBANOV

Bakı-Sabunçu dəmiryolu xəttində gediş haqqı 50 qəpik olacaq - CAVİD QURBANOV

Bakı-Sabunçu dəmiryolu xəttində gediş haqqı 50 qəpik olacaq.

Bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov bildirib.

QSC sədri bildirib ki, bu marşrut üzrə dəmiryolu xəttinin uzunluğu bir istiqamət üzrə 13,5 kilometrdir: "Bakı sərnişin - Sabunçu dəmiryolu xətti üzərindəki Bakıxanov, Koroğlu, Keşlə və Nərimanov dayanacaqları tamamilə yenidən qurulub. Artıq Sabunçu dəmiryolu vağzalı kompleksi sərnişinlərə xidmət göstərməyə tam hazırdır".

Onun sözlərinə, hazırda dəmiryolu daha sürətli nəqliyyat vasitəsi hesab olunur:

"Gələcəkdə dəmiryolu xətlərinin Əhmədli, Zirə, Pirallahı, həmçinin Heydər Əliyev adına Beynəlxalq Hava Limanına qədər uzadılmasını düşünürük və bu yollar davamlı olaraq tikiləcək".

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Sabunçu dəmiryolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin - Sabunçu dəmiryolu xətti üzrə görülən işlərlə tanış olub.

Cebhe.info


Oxunma sayı: 1937