t Bakı sakininin avtomobilindən soyğunçuluq edilib
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

Bakı sakininin avtomobilindən soyğunçuluq edilib

Bakı sakininin avtomobilindən soyğunçuluq edilib

Bakı sakininin avtomobilindən soyğunçuluq edilib.

“Report”un xəbərinə görə, hadisə yanvarın 15-də saat 17:40 radələrində, paytaxtın Yasamal rayonunun Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Q.Zeynalova məxsus “Ford” markalı avtomobildən açıq qapıdan keçməklə mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirib.

Daha sonra Q.Zeynalov hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, 1972-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Qorxmaz Abdullayev saxlanılıb.

Faktla bağlı Yasamal RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 518