hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Bakı-Tbilisi-Bakı istiqaməti üzrə müntəzəm reyslərin sayı artırılır

Bakı-Tbilisi-Bakı istiqaməti üzrə müntəzəm reyslərin sayı artırılır

“Buta Airways” şirkəti Bakı-Tbilisi-Bakı istiqaməti üzrə müntəzəm reyslərin sayını artırır.

Bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb.

İyunun 23-dən etibarən loukoster uçuşları hər gün, iyulun 20-dən isə yay mövsümünün sonuna qədər həftədə 14 reys yerinə yetirəcək. Reyslər gündə iki dəfə Embraer 190 və Airbus 319/Airbus 320 təyyarrələri ilə həyata keçiriləcək.

Agentlik bu gün “Buta Airways”ə reyslərin yerinə yetirilməsi üçün müvafiq icazə təqdim edib.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi – “Buta Airways” Gürcüstanın aviasiya bazarına 2017-ci ildə daxil olub/Report.

Cebhe.info


Oxunma sayı: 925