hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.9320
  • NEFT - 43.13
  • clouds-weather

Bakı-Tbilisi-Qars sərnişin qatarı nə vaxtdan yola düşəcək? - SON VƏZİYYƏT

Bakı-Tbilisi-Qars sərnişin qatarı nə vaxtdan yola düşəcək? - SON VƏZİYYƏT

Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə sərnişin daşımalarının təşkili ilə bağlı işlər aparılır. Bu yaxınlarda həmin istiqamət üzrə sərnişin qatarının sınağı keçirilib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat daxil olub.

Məlumata görə, müvafiq sənədlər hazırlanıb və onlar imzalanandan sonra sərnişin daşımalarına start veriləcək.

"Bunun üçün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında imzalanan müqaviləyə əsasən 10 vaqon Azərbaycana gətirilib. İkinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulur. Bakı-Tbilisi-Qars marşrutu ilə elektrik qatarı deyil, sərnişin qatarı fəaliyyət göstərəcək.

"Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin qatarı fəaliyyətə başlayacağı ərəfədə onun hərəkət qrafiki barədə əvvəlcədən ölkə vətəndaşlarına KİV vasitəsilə ətraflı məlumat veriləcək", - deyə məlumatda qeyd olunur.

Cebhe.info


Oxunma sayı: 1442