hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Bakı və Masallıda maşın qaçıranlar saxlanıldı

Bakı və Masallıda maşın qaçıranlar saxlanıldı

Bakı şəhər və Masallı rayonunda avtomobil qaçırılıb.

DİN-dən verilən məlumata görə, Yasamal Rayon polis İdarəsi 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədova məxsus "VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Buta qəsəbə sakini T.Abbasov saxlanılıb.

Polis əməkdaşları tərəfindən avtomobil onun yaşadığı evin həyətində tapılıb.

Bundan başqa, Masallı Rayon polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 7-də Mahmudavar kəndi ərazisindən kənd sakini A.Səfərova məxsus "VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən kənd sakini R.Həsənov saxlanılıb.

Hər iki faktla bağlı araşdırma apaırlır.

Cebhe.info


Oxunma sayı: 364