hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

Bakı və regionlar arasında rəqəmsal bərabərsizlik: Səbəb nədir? – RƏY

Bakı və regionlar arasında rəqəmsal bərabərsizlik: Səbəb nədir? – RƏY

"Ölkədə elektron hökumət quruculuğuna sistemli formada 2010-cu ildən başılanıb.

Əsasən mərkəzi icra orqalarınının göstərdiyi xidmətlər elektron formaya keçirilib. Ötən müddət ərzində bu istiqamətdə xeyli iş görülüb. Ölkə üzrə təxminən 700-dək dövlət xidmətinin 50%-dən çoxu elektronlaşdırılıb".

Cebhe.info xəbər verir ki, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, bu xidmətlərin həm e-Gov portalından, həmçinin də uyğun dövlət qurumların saytlarından və digər rəqəmsal həllərindən əldə etmək olar:

"Yəni mərkəzdə yaşayan vətəndaşların elektron xidmətlərə əlçatanlığı müəyyən dərəcədə təmin edilib. Xidməti əldə etmək üçün keyfiyyətli internet də mərkəzdə daha əlçatandır. Yeri gəlmişkən, xidmətlər elektron formaya keçirilsə də, müxtəlif səbəblərdən elə Bakı şəhərində də bir çox vətəndaşlar xidmətləri oflayn olaraq “ASAN xidmət”dən və aidiyyətli dövlət qurumundan almağa üstünlük verirlər. Bu isə bir başqa problem və başqa müzakirə mövzusudur.

Regionlarda isə bu sahədə vəziyyət daha pisdir. Uzun müddətdir ki, bütün yerli icra qurumlarının təklif etdiyi xidmətlər elektronlaşmayıb. Dövlət reyestrindən görmək olar ki, hər bir yerli İcra Hakmiyyəti təxminən 30-40 sayda dövlət xidməti təklif edir. Bütün rayonların icra qurumlarının xidmətləri mahiyyətcə təxminən eynidir.

O.Gündüzün fikrincə, belə olan halda ölkə üzrə az sayda, cəmi 40-dək olan dövlət xidmətinin 10 illər ərzidə elektronlaşmaması təəssüf doğurur:

"İndiyədək heç olmasa regional e-Gov-la bağlı ümumi baxışları - konseptual sənədi hazırlamaq, vahid bir data mərkəz qurmaqla pilot qaydada bir-iki faydalı yerli xidməti elektron formada təqdim etmək olardı. Təəssüf ki, hələlik “ASAN”-nın e-Gov Mərkəzinin bu istiqamətdəki səylərini görə bilmirik.

Eyni zamanda regionlardakı bu xidmətlər “ASAN xidmət”ə də inteqrasiya olunmayıb. Təsəvvür edin ki, regionda nəhəng, gözəl bir “ASAN xidmət” mərkəzi var.

Region vətəndaşı hansısa bir mərkəzi icra orqanının xidmətini almaq üçün rayonun “ASAN xidmət”inə gedir, amma rayon icra hakmiyətindən digər bir dövlət xidmətini almaq üçün isə “ASAN”-a deyil, yerli icra qurumuna müraciət edir.

Eyni zamanda regionlarda keyfiyyətli internetlə bağlı əlçatanlıq da yetərli olmadığından region vətəndaşları mövcud elektron dövlət xidmətlərini əldə etməkdə əlavə problemlər yaşayırlar.

Ümumiyyətlə, müşahidələr göstərir ki, rəqəmsal imkanlara, elekron xidmətlərə və ictimai informasiyalara əlçatımlıq baxımından regionlarla Bakı arasında bərabərsizlik kifayət qədər yüksəkdir".

Naibə

Cebhe.info


Oxunma sayı: 2762