Bakı - Xırdalan - Sumqayıt qatarı yenidən xəttə buraxılır

Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsündə tikinti işləri yekunlaşıb.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
Məlumatda deyilir ki, artıq körpüdə təhlükəsizliklə bağlı zəruri sınaq tədbirləri görülür. Yaxın günlərdə Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkətinin bərpa edilməsi planlaşdırılır.
Cebhe.info
Oxunma sayı: 1915
Bizim Telegram səhifəmizi izləyin