hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Bakıda hakim oğlunun ölümünə səbəb olan həkim oğlu Ali Məhkəməyə müraciət etdi

Bakıda hakim oğlunun ölümünə səbəb olan həkim oğlu Ali Məhkəməyə müraciət etdi

Hakim oğlunun ölümündə təqsirli bilinərək azadlıqdan məhrum edilən həkim oğlu cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.

Milli.Az  xəbər verir ki, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum olunan Kərimov Rəhim Yüzasif oğlunun məhkəmə prosesi mart ayının 27-də hakim Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, 2017-ci ilin fevral ayında Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2016-cı ilin may ayının 11-də saat 03:00 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. Bakı şəhər sakini R.Kərimov idarə etdiyi "Mercedes" markalı avtomobil piyada R.Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R.Allahverdiyev xəstəxanad dünyasını dəyişib.

Hadisədən sonra R.Kərimov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 267.1-ci (sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu olan 19 yaşlı R.Allahverdiyev Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi olub. Hadisəni törədən şəxs R.Kərimovun atası Yüzasif Kərimov Respublika Kliniki Xəstəxananın baş həkimi vəzifəsində çalışıb.

Cebhe.info


Oxunma sayı: 322