t Bakıda 150 min manatlıq oğurluq: Polis hərəkətə keçdi
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8782
  • NEFT - 60.86
  • clouds-weather

Bakıda 150 min manatlıq oğurluq: Polis hərəkətə keçdi

Bakıda 150 min manatlıq oğurluq: Polis hərəkətə keçdi

Bakıda şirniyyat sexi qarət edilib.

Cebhe.info trend-ə istinadən xəbər verir ki, bu barədə polisə sex sahibi Mustafayeva Svetlana Ağamir qızı məlumat verib.

Sahibkar bildirib ki, noyabrın 6-dan dekabrın 10-na qədər olan müddət ərzində ona məxsus, hazırda fəaliyyəti dayandırılmış, Bakı şəhəri, Yeni Yasamal-2, Xiyabani küçəsi 9 ünvanında yerləşən şirniyyat sexindən naməlum şəxslər dəyəri 140-150 min manat olan 4 ədəd soba, 2 ədəd soyuducu və 2 ədəd xəmir qarışdıran aparat oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 969