hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Bakıda 16, 17 və 18 yaşlı oğlanlar bıçaqlandı

Bakıda 16, 17 və 18 yaşlı oğlanlar bıçaqlandı

Bu gecə Bakının Sabunçu rayonunda üç nəfər bıçaq xəsarəti alıb.

Cebhe.info “Report”a istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Soltanov Fərhad Elşad oğlu və 2005-ci il təvəllüdlü Həsənli Tural Zəfər oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Hər iki şəxs təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

F. Soltanova sol saidin kəsilmiş-deşilmiş yarası, T. Həsənliyə isə sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Eyni zamanda, 2004-cü il təvəllüdlü Nəzərov Şirxan Aslan oğlu da bıçaqlanıb.

Hadisənin təfərrüatları araşdırılır.

Cebhe.info


Oxunma sayı: 419