hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Bakıda 2 yerdə yol çökdü-FOTOLAR

Bakıda 2 yerdə yol çökdü-FOTOLAR

Bakı şəhəri, Nizami rayonu Əlif Hacıyev, həmçinin Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçələrində yolun asfalt-beton örtüyündə kiçik çökmələr qeydə alınıb.

Cebhe.info xəbər verir ko, dərhal sözügedən ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb edilib.

Abbas Mirzə Şərifzadə küçəsində çökmə istilik xəttinin, Əlif Hacıyev küçəsində isə kanalizasiya xəttinin keçdiyi ərazidə baş verib.

Bu üzdən çökmə qeydə alınmış ərazilərə aidiyyəti qurumların əməkdaşları da cəlb olunmaqla hazırda hadisənin səbəbləri aydınlaşdırılaraq qısa müddət ərzində aradan qaldırılması və yolun asfalt-beton örtüyünün bərpası istiqamətində birgə işlər aparılır.

Cebhe.info


Oxunma sayı: 386