hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

Bakıda ağacları kameralar qoruyacaq? - RƏSMİ AÇIQLAMA

Bakıda ağacları kameralar qoruyacaq? - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində meşələrin, yaşıllıqların qorunması üçün müvafiq tədbirlər çərçivəsində meşələrin girişində müşahidə kameraları quraşdırıb. 

Artıq bir çox bölgədə bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilib.

Son vaxtlar paytaxt Bakının ayrı-ayrı rayonlarında ağac kəsintisi ilə bağlı xəbərlər yayılır.  Misal kimi bu günlərdə Xətai rayonu Məhəmməd Hadi küçəsində yaşı 30 ildən çox olan 130 ağacın kəsilməsinə dair xəbəri göstərmək olar. 

Bu baxımdan, Bakıdakı yaşıllıqların qorunması məqsədilə kameraların quraşdırılması mümkündürmü? 

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Cebhe.info-ya açıqlamasında deyib ki, paytaxtdakı yaşıllıqlarda kameralara ehtiyac yoxdur: 

“Demək olar ki, şəhərin 70-80 faizində Daxili İşlər Nazirliyinin müşahidə kameraları var. Bunlardan bizə lazım olan hallarda istifadə edirik. Üstəlik  şəhərdə mövcud yaşıllıqlar göz qabağındadır. Bizə bəllidir ki, hansı ərazidə nə qədər ağac, kol və ya ot örtük var. Kəsim olan kimi məlumatımız olur. Yerli rayon sahələrimiz var ki, orada baş verən bütün hallar əməkdaşlarımız tərəfindən aşkarlanır  və bizə məlumat verilir”. 

Orxan Məmmədovun sözlərinə görə, Bakıda bəzi ərazilərdə qurum balansında olan zeytunluqlara da nəzarət edə bilir: 

“Binəqədi rayonunda olan zeytunluq ərazisi bizim balansımızdadır. Orada da kameraya ehtiyac yoxdur. Çünki orada hər gün səhərdən axşamadək xidmət göstərən əməkdaşlarımız var. Təbii ki, orada bir ağacın budağı belə sınanda məlumatları olur. Bir sözlə, bizim balansımızda olan yaşıllıq ərazilərinə kameraların quraşdırılmasına gərək yoxdur. Meşələrdə bu, normal haldır. Çünki meşələr böyük ərazidir və ora ətraf yer olduğu üçün təhlükəsizlik kameraları yoxdur”. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 1002