hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

Bakıda avtobus sürücüsü sükan arxasında bunları etdi - NARAZILIQ - FOTO

Bakıda avtobus sürücüsü sükan arxasında bunları etdi - NARAZILIQ - FOTO

“Avtovağzal" stansiyasından Abşeron rayonu Güzdək qəsəbəsi istiqamətinə hərəkət edən 511 nömrəli marşrut avtobusu sürücüsünün qanunsuz hərəkəti sərnişinlərin narazılığına səbəb olub.

Ayağında çəkələk olan sürücü sükan arxasında siqaret çəkir. Avtobus sürücüsünün bu hərəkəti sərnişinlərdən biri tərəfindən mobil telefonla lentə alınıb və Cebhe.info-ya göndərilib. Sərnişinin dediyinə görə, həmin sərnişin avtobusunun interval problemi də var. İnterval arası 15 dəqiqə olan bu marşrutun avtobusları yarım saatdan bir gəlir.

Bu isə hər gün bu avtobusdan istifadə edən sərnişinləri ciddi narahat etməyə başlayıb.

Yəqin ki, həmin avtobusun məxsus olduğu daşıyıcı və Bakı Nəqliyyat Agentliyi bu görüntülərdən sonra lazimi tədbirlər görəcək.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1915