hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Bakıda aztəminatlı ailələr üçün məntəqə istifadəyə verildi

Bakıda aztəminatlı ailələr üçün məntəqə istifadəyə verildi

“Mesenat” Xeyriyyə Cəmiyyətinin Bakıda ehtiyaclı və aztəminatlı ailələr, ailə himayəsindən məhrum olmuş şəxslər üçün xeyriyyə məntəqəsi istifadəyə verilib.

Cebhe.info xəbər verir ki, həmin şəxslər bu məntəqədə təmənnasız olaraq geyimlər, əşyalar, dərs ləvazimatlar, oyuncaqlar və s. götürə biləcəklər. Qeyd edilən əşyalar isə xeyriyyəçi insanlar tərəfindən məntəqəyə təhvil verilib. “Mesenat” Xeyriyyə Cəmiyyəti həmin məntəqədə peşə təlimləri, sosial maarifləndirmə və təhsil yönümlü layihələr və xeyriyyə aksiyaları da keçirəcəyini açıqlayıb. 

Qeyd edək ki, məntəqə Sübhi Salayev küçəsi, 6 ünvanında, “Nizami” metrostansiyasının yaxınlığında yerləşir.

Nuh Tarverdiyev 
Cebhe.info


Oxunma sayı: 1442