hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Bakıda böyük köç başlayır: Çox sayda bina söküləcək- MERİYA

Bakıda böyük köç başlayır: Çox sayda bina söküləcək- MERİYA

Sabunçu Rayon İcra Hakimiyyəti rayonun Sabunçu və Zabrat qəsəbələrində qəzalı vəziyyətdə olan binaların sökülməsi və ərazinin təmizlənməsi işlərinin satın alınması məqsədilə təkliflər sorğusu həyata keçirir.

Təkliflər sorğusunun qalibi binaların sökülməsi və ərazinin təmizlənməsi işlərini həyata keçirəcək.

Maraqlıdır, ümumiyyətlə, neçə bina söküləcək? Eyni zamanda bu proses digər ərazilərdə də həyata keçiriləcəkmi?

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən Cebhe.info-ya verilən açıqlamada bildirilib ki, ümumilikdə 17 binanın sökülməsi planlaşdırılır:

“Bu il Nazirlər Kabinetinin qərarına görə, 17 bina söküntüyə gedir. Burada əsas yeri Sabunçu rayonu tutur. Çünki sökülməsi nəzərdə tutulan binaların 8-i Sabunçudadır. Ümumilikdə proses bütün rayonlarda aparılır”.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 11309