hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Bakıda bacısının “Lexus”unu təpiklədi - O isə polisə şikayət etdi

Bakıda bacısının “Lexus”unu təpiklədi - O isə polisə şikayət etdi

Bakının Nəsimi rayonunda bacı doğma bacısından polisə şikayət edib. 

Cebhe.info xəbər verir ki, bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verib. 

Belə ki, noyabrın 6-da, Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Ç.Q. polisə müraciət edib. O bildirib ki, həmin gün saat 13:00 radələrində Neftçilər prospekti 147-nin qarşısında “Lexus” markalı 99-LX-222 dövlət nömrə nişanlı avtomobilinin qapısını bacısı 1991-ci il təvəlüdlü Ü. təpiklə əzib. 

Bundan başqa, Qaradağ rayonunda analoji hadisə baş verib. 

Dünən saat 13:08-də, Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsi, ev 12-də yaşayan 1994-cü il təvəllüdlü Balaqardaş Qabil oğlu Cəfərov “102” xidmətinə zəng edərək, həmin gün saat 12:00 radələrində evinin qarşısında “Mercedes” markalı 99-TE-154 dövlət nömrə nişanlı avtomobilinin şüşəsinin Şəhla adlı tanışı tərəfindən sındırıldığını bildirib.

Cebhe.info


Oxunma sayı: 507