hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 65.79
  • clouds-weather

Bakıda Beynəlxalq sığorta forumu keçiriləcək

Bakıda Beynəlxalq sığorta forumu keçiriləcək

İyunun 28-də Hilton Bakı Otelində “Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar” adlı Beynəlxalq Sığorta forumu keçiriləcək.

Cebhe.info xəbər verir ki, tədbir zamanı Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması nəzərdə tutulur.

Forum çərçivəsində Azərbaycanın sığorta bazarındakı mövcud vəziyyət və investisiya imkanları, icbari sığorta bazarı, sığortalıların imkanlarının və hüquqlarının genişləndirilməsi, tibbi sığorta sahəsində dayanıqlı ekosistemin qurulması, Azərbaycanda sığorta təminatının təkmilləşdirilməsi, o cümlədən sığorta bazarında rəqəmsal texnologiyaların tətbiqi və digər mövzular üzrə ətraflı məlumatlar təqdim olunacaq, panel müzakirələr aparılacaq.

Bununla yanaşı, İcbari Sığorta Bürosu tərəfindən sığorta hadisələrinin idarə edilməsi sisteminin (HİS) təqdimatı keçiriləcək.

Cebhe.info


Oxunma sayı: 287