hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Bakıda daha bir avtobus dayanacağının yeri dəyişdirilib

Bakıda daha bir avtobus dayanacağının yeri dəyişdirilib

Nəqliyyat axınına maneə yaradan daha bir avtobus dayanacaq məntəqəsinin yeri dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən Cebhe.info-ya verilən məlumata görə, aparılan təhlillər nəticəsində müəyyən edilib ki, 

Fətəli xan Xoyski və Koroğlu Rəhimov küçələrinin kəsişməsindəki tunelin çıxışında yerləşən avtobus dayanacağı nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradırdı. Həmçinin tunelin çıxışında əsas yolla birləşən hissədə kənar yolun sürətlənmə məsafəsinin az olması isə konfliktlərin yaranmasına səbəb olurdu.

Qeyd edilən problemlərin aradan qaldırılması məqsədi ilə avtobus dayanacaq məntəqəsi irəli köçürülərək cib tipli təşkil edilib. Nəticədə ərazidə nəqliyyat şəraiti yaxşılaşıb, sərnişinlərin marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsi təmin edilib.

Onu da bildirək ki, yaxın vaxtlarda tunelin çıxışında əsas yolla birləşən hissədə - kənar yolda sürətlənmə zolağının məsafəsi də uzadılacaq. Bununla da nəqliyyat vasitələrinin daha rahat və konfliktsiz çıxışı təmin ediləcək.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 507