hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Bakıda duman, rayonlarda yağış olacaq - Sabahın havası

Bakıda duman, rayonlarda yağış olacaq - Sabahın havası

Ölkə ərazisində dekabrın 16-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7°, gündüz 9-12° isti, Bakıda gecə 5-7°, gündüz 10-12° isti olacağı ehtimalı var. Atmosfer təzyiqi normadan yüksək - 764 millimetr civə sütunundan 770 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 , gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi cənub rayonlarında, axşam isə ayrı-ayrı şimal və qərb rayonlarında havanın yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5°, gündüz 8-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı ehtimal edilir.

Cebhe.info


Oxunma sayı: 1354