t Bakıda erməni şokoladı: AQTA əvvəl araşdıracaq, sonra...
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Bakıda erməni şokoladı: AQTA əvvəl araşdıracaq, sonra...

Bakıda erməni şokoladı: AQTA əvvəl araşdıracaq, sonra...

Sosial şəbəkələrdə vətəndaşlardan biri "Xətai" metrosunun yaxınlığında, "Freshmart" supermarketində Emənistan istehsalı olan şokoladların satılması barədə məlumat paylaşıb. 

Vətəndaş bununla bağlı mağaza rəhbərliyinə irad tutduqdan sonra onlar həmin şokoladları mağazadan yığışdıracaqlarıını bildiriblər. Lakin bir gün sonra vətəndaş yenə həmin mağazaya gedərək İrəvan istehsalı şokoladların yerinə eyni firmanın Moskva istehsalı şokodlarına rast gəlib. Vətəndaşın sözlərinə görə, diqqətlə baxıldıqda aralarında hələ də erməni mallarını tapmaq olur. Məlumdur ki, mağazalarda bundan əvvəl də erməni istehsalı olan içki, şirniyyat kimi məhsullar aşkarlanıb. 

Maraqlıdır, AQTA mağazalardakı qida məhsullarına nəzarət etmirmi? Hazırda məsələ ilə bağlı hansı tədbirlər görülüb? Məhsul haradan və kim tərəfindən gətirlir, bu hallarda firmaya hansısa qadağa tətbiq olunurmu? 

Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin mətbuat xidməti rəhbəri Mansur Piriyev Cebhe.info-ya açıqlamasında bildirib ki, hazırda faktla bağlı araşdırmalar gedir: 

“Bununla bağlı araşdırma gedir, məlumat hazırlayırıq. Yəqin ki, qısa zamanda ətraflı məlumat veriləcək”. 

Səyad Həsənli 
Cebhe.info


Oxunma sayı: 4225