hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Bakıda ev və torpaq bazarı canlanıb: Bahalaşma başlayıb- SƏBƏB

Bakıda ev və torpaq bazarı canlanıb: Bahalaşma başlayıb- SƏBƏB

Bütün sahələrdə iş rejiminə, əhalilin gəlirinə mənfi təsir göstərən pandemiya hələ də davam edir. Bu baxımından daşınmaz əmlak bazarı da pandemiya dövrünü zərərsiz başa vurmayıb. Belə ki, ölkə ərazisində mənzil alış-satışları, kirayəsi də xeyli dərəcə azalıb.

Sərt karantinin tətbiqi, bölgələrə gediş-gəlişin dayandırılması, onlayn iş və təhsil rejimi əmlak bazarına mənfi təsir eidb.

Maraqlıdır, hazırda daşınmaz əmlak bazarında vəziyyət necədir? Bahalaşma, ya da ucuzlaşma müşahidə edilirmi?

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Cebhe.info-ya açıqlamasında bildirib ki, mövsümlə əlaqədar son günlər daşınmaz əmlak bazarında canlanma müşahidə edilir:

“Daşınmaz əmlak bazarı digər istehlak bazarlarından öz spesifikliyi ilə seçilir. Digər istehlak bazarlarında bahalaşma baş verdikdə, bu, daşınmaz əmlak bazarında ucuzlaşmaya, tələbin azalmasına gətirib çıxarır. Lakin bu, təəssüf ki, Azərbaycanda nəzəri baxımdan belədir, praktik baxımından isə vəziyyət başqadır. Əslində istehlak bazarındakı qiymət artımları daşınmaz əmlak bazarına mənfi təsirləri ilə yadda qalmalıdır, amma biz bunu müşahidə etmirik. Mövsümlə əlaqədar olaraq son dövrlərdə daşınmaz əmlak bazarında, xüsusilə mənzil və torpaq bazarlarında aktivlik müşahidə olunur. Hətta bir sıra istiqamətlərdə nisbi qiymət artımları da müşahidə olunur”.

Ekspert qeyd edib ki, bəzi sahələrdə olan qiymət artımı pandemiya ilə əlaqədardır:

“Hesab edirəm ki, bu vəziyyət daha çox pandemiya ilə bağlı qəbul edilmiş inzibati qərarların tədricən aradan qalxması, müəyyən məhdudiyyətlərin yumşaldılması və eyni zamanda ötən ilin sonlarına doğru manat üzərindəki müəyyən neqativ təsirlərin aradan qalxması, neftin qiymətinin dünya bazarında yüksəlməsi ilə əlaqədardır. Azərbaycanda daşınmaz əmlak bazarında alqı-satqı əməliyyatlarının tədricən artımı müşahidə olunur”.

Semra Ələkbərli

Cebhe.info


Oxunma sayı: 2487