hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Bakıda evdən güclü təsirə malik narkotiklər tapıldı

Bakıda evdən güclü təsirə malik narkotiklər tapıldı

Bakıda narkotik alverçisi saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçiriblər.

Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Süleymanov Sabunçu rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 9 qram heroin aşkar edilib.

Davam etdirilən tədbirlələ onun Ramana qəsəbəsindəki yaşadığı evdən 6 kiloqram 80 qram heroin, 2 kiloqram 50 qram metamfetamin və 1 ədəd elektron tərəzi götürülüb.

Cebhe.info


Oxunma sayı: 452