hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.9097
  • NEFT - $ 62.51
  • clouds-weather

Bakıda gözdən əlilliyi olan şəxslər üçün yaşayış binası tikiləcək

Bakıda gözdən əlilliyi olan şəxslər üçün yaşayış binası tikiləcək

Bakı şəhərində gözdən əlilliyi olan şəxslər üçün inşa ediləcək çoxmənzilli binanın layihə-smeta sənədlərinin hazırlanması məqsədi ilə 300 min manat vəsait ayrılmasını nəzərdə tutulub.

Cebhe.info Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadla bildirir ki, bu il müvafiq layihə-smeta sənədlərinin hazırlanması işləri aparılmaqla, paytaxtda gözdən əlilliyi olan şəxslər üçün daha bir çoxmənzilli yaşayış binasının tikintisinə başlanacaq.

Binada mənzillə təmin ediləcək gözdən əlilliyi olan şəxslərin rahatlığı üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılacaq. Onların əl və ayaqla hiss etmələrinin asanlaşdırılması məqsədilə müvafiq yerlərdə xüsusi tikinti materiallarından və işarələrdən istifadə olunacaq. Binanın tikintisinin gələn il ərzində yekunlaşdırılaraq istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, bu təbəqədən olan şəxslərin mənzillə təminatı proqramının davamı olaraq, son illərdə gözdən əlilliyi olan şəxslər üçün Bakının Nərimanov rayonunda 132 mənzildən ibarət yaşayış binası tikilərək istifadə verilib.

Lakin həmin bina ilə bağlı əlillərin etirazları indiyədək davam edir. Hətta o binanın tkintisi ilə bağlı mənimsəmə iddiaları ilə bağlı məhkəmə də keçirilib, rayon icra başçısı və müavini yeyinti də itiham olunub.

Cebhe.info


Oxunma sayı: 529